Xəzər Xəbər

Dumanlı hava ağır qəzaya səbəb oldu - ölən və yaralananlar var - VİDEO

Veb TV | 14:22 • 21 Yanvar 2019
Dumanlı hava ağır qəzaya səbəb oldu -

Bakı-Şamaxı-Yevlax yolunda ağır qəza baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 188 km-də, Göyçayın Şahsoltanlı kəndi yaxınlığında qeydə alınıb.

Minik və yük avtomobillərinin toqquşması nəticəsində 52 yaşlı Ağsu rayon sakinləri Ziyad Vəliyev, 46 yaşlı Mehman Cavadov, Göyçay rayon sakini, 27 yaşlı Qınyaz Məmmədov, Ağsu sakini, 49 yaşlı Bünyad Qaçayev, Göyçay rayon Xəlitli kənd sakini Rəşad Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, xəsarət alanlardan biri-Mehman Cavadov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı videogörüntünü təqdim edir:


Xəbər lenti