Xəzər Xəbər

Ərazidə süni tıxac: Avtobus sürücüləri işıqforda saxlayır - VİDEO

Veb TV | 19:47 • 19 Yanvar 2019
Ərazidə süni tıxac:

Paytaxtın Nobel Prospektində şəhərdən üzü Zığ yolu istiqamətinə 2 saylı "ASAN Xidmət"in qarşısında sürücülər marşrut avtobuslarını düz işıqforun bir neçə addımlığında saxlayırlar. Onlar buna səbəb kimi isə dayanacağın işıqforla yaxın məsafəyə qoyulmasını göstərirlər. Ancaq baxmayaraq ki, həmin ərazidə 20-25 metr aralıda geniş avtobus cibi yaradılıb.

Avtobus dayanacağı işıqforun bir neçə addımlığında qoyulub. Halbuki yaxınlıqda avtobusların rahat dayanması və sərnişin düşürüb-mindirməsi üçün geniş cib yaradılıb.

Ancaq sürücülər avtobusları cibin ərazisində yox, düz işıqforun yaxınlığında quraşdırılan dayanacaqda saxlayırlar. Nəticədə də süni tıxac yaranır.

Görüntülər paytaxtın Xətai rayonu Nobel prospektində, 2 saylı ASAN xdimətin qarşısındandır. Burada avtobus dayanacağı işıqfora yaxın qoyulub. Elə buna görə də avtobus sürücüləri məhz bu dayanacaqda sərnişin düşürüb-mindirmək məcburiyyətində qalırlar.

Ancaq maraqlıdır ki, həmin dayanacaqdan bir neçə metr aralıda ayrılan geniş avtobus cibindən taksilər istifadə edir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər xəbər"ə bildirildi ki, əməkdaşlar əraziyə baxış keçirəcək və uyğunsuzluq aradan qaldırılacaq.

Xəbər lenti