Xəzər Xəbər

2019-un ən çox gözlənilən beş oyunu - VİDEO

Veb TV | 11:58 • 6 Yanvar 2019
2019-un ən çox gözlənilən beş oyunu -

"The Washington Post” 2019-cu ildə ən çox gözlənilən videooyunların siyahısını hazırlayıb.


Oyunlar toplusuna populyar oyun silsilələrindən olan sikvellər də daxil edilib.


"The Washington Post”un versiyasına görə, 2019-cu ildə satışa çıxarılacaq ən populyar oyunların beşliyinə "The Last of Us” oyununun ikinci hissəsi salınıb. Oyunun relizi 2019-cu ilin üçüncü rübünə nəzərdə tutulub. Oyun yalnız Playstation 4 konsolları üçün nəzərdə tulub.


Jurnalistlər siyahıya 4A Games studiyasının rusiyalı yazıçı Dmitri Qluxovskinin romanının motivləri əsasında yaratdığı "Metro” oyununun sikvelini (Metro: Exodus) daxil edib. Oyun gələn ay bazarlara yol tapacaq.


Siyahıya "Ori and the Will of the Wisps” tapmaca oyunu, "Sekiro: Shadows Die Twice” kəskin süjetli yapon ekşın oyunu və macarə-komediya janrında olan "Afterparty” oyunu daxil edilib. (Oxu.Az)











Xəbər lenti