Xəzər Xəbər

Kinoteatrlarda yenidən "Qızqaçırtma" həyəcanı yaşanır VİDEO

Veb TV | 19:53 • 30 Dekabr 2018
Kinoteatrlarda yenidən "Qızqaçırtma" həyəcanı yaşanır

Komediya sevərlər diqqət ekrana. Nümayişə çıxarıldığı gündən bu vaxta qədər 25 mindən çox tamaşaçının izlədiyi "Qızqaçırtma" 2 filmi aliəvi baxılası filmlərdən biridir. Yeni il ərəfəsində belə bir filmin kinoteatrlara çıxarılması, əslində, bayram günlərini daha da əyləncəli etmək üçün əla fürsətdir. Odur ki, bayram günlərində ailənizlə bu filmi izləməyiniz məsləhətdir.

Kinoteatrlarda yenidən "Qızqaçırtma" həyəcanı yaşanır.

"Kaspi Kreativ Lab" və "Xəzər" Media Mərkəzinin birgə ərsəyə gətirdiyi növbəti komediya filmi kütləvi nümayişə çıxarıldığı gündən bu vaxta qədər 25 mindən çox tamaşaçı izləyib.

Baş rollarda Fərda Amin, Sevil və Sevinc bacıları, Elşən Hacıbabayev və Kənan Yusifin çəkildiyi "Qızqaçırtma" 2 filmi ailəvi baxılacaq filimlərdən biridir. Film macəra və komediya janrındadır. Bu dəfə əsas hadisələr qatarda baş verir.

Filmin həyəcanlı, nəfəskəsən və gülməli səhnələri sona qədər davam edir..Elə çəkiliş apardığımız zaman komediya filminə tamaşaçılar tərəfindən böyük marağın olduğunun şahidi olduq.

Filmin baş prodüseri Coşqun Vəliyev, quruluşçurejissoru Rüfət Şahbazov, ssenari müəllifi isə Fariz Əliyevdir.

Siz də bayram günlərində ailənizlə birlikdə doyunca gülmək və komediyadan zövq almaq istəyirsinizsə, kinoteatrlara üz tuta bilərsiniz.

Xəbər lenti

Çox oxunanlar