Xəzər Xəbər

TƏHLÜKƏ BÖYÜYÜR - Bu yollarda yeni çatlar yarandı, uçqunlar oldu - VİDEO

Veb TV | 20:18 • 3 Dekabr 2018
TƏHLÜKƏ BÖYÜYÜR -

Yollarda yeni sürüşmə sahələri yaranıb, bəzi ərazilərdə isə uçqunlar olub. Söhbət ölkənin müxtəlif rayonlarının ərazisindən gedir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Astara rayonu Kijəbə kəndində yeni sürüşmə sahələri yaranıb. Bununla yanaşı, rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu kilometrliklərində və Lənkəran-Lerik yolunun 27-29-cu km-liyində yol boyu yeni uçqun prosesləri baş verib.

Araşdırma zamanı Masallı-Yardımlı yolunun 13-15 kilometrliyində də yolun sağ yamac hissəsində sürüşmə, sol tərəfində isə çay dərəsi istiqamətində uçqun və töküntü hadisələri müşahidə edilib.

Əziz Qaralovun zölərinə görə, Daşkəsən rayonunda Alunitdağ sürüşmə sahəsində , Xızı rayonunda Xızı-Altıağac avtomobil yolunun 1-ci kilometrik sürüşmə sahəsində aktivlik və yol boyu bir neçə yerdə yeni uçqun-töküntü hadisəsi qeydə alınıb. Siyəzən rayonunda Sədan sürüşmə sahəsində çatların ölçüləri artıb. Ekspedisiya rəisi deyib ki, Quba rayonunda Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də yolun hərəkət hissəsində yeni çatlar əmələ gəlib. Şamaxı rayonunda 48-A məhəlləsindəki sürüşmə sahəsində çatların ölçülərində artım qeydə alınıb.

Ay ərzində aparılmış müşahidələrə əsasən, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində yolun sol və sağ yamac hissəsində sürüşmə sahəsinin və çatların ölçülərində artım və uçqun-töküntü prosesləri müşahidə edilib. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də də uçqun prosesləri olub.

Əziz Qaralov bildirib ki, İsmayıllı rayonunda Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-liyində də yol boyu müxtəlif ölçüdə çatlar yaranıb.

Xəbər lenti