Xəzər Xəbər

Maşın yaşlı qadının üzərinə aşdı: ölən və yaralanan var - VİDEO

Veb TV | 17:10 • 16 Sentyabr 2018
Maşın yaşlı qadının üzərinə aşdı:
Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məhəmməd Əsədov küçəsindəki torpaq yolda yüksək sürətlə hərəkətdə olan "BMW" markalı "10-ZP-823" dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb.

Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Adışova Güldəstə Səfərqulu qızı ölüb. Maşının 1990-cı il təvəllüdlü sürücüsü Əhədov İmran Səxavət oğlu xəsarət alaraq xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər lenti