Xəzər Xəbər

15-dən çox ölkəni piyada gəzib - Kamran Qhaderi hazırda ölkəmizdə səyahətdədir - VİDEO

Veb TV | 16:35 • 16 Sentyabr 2018
15-dən çox ölkəni piyada gəzib -

15-dən çox ölkəni gəzən İran əsilli turist ölkəmizə gəlib çatıb. Əməkdaşımızla həmsöhbət olan səyahətçi bildirib ki, gəzdiyi ölkələr arasında ən çox xoşuna gələn, gəzməli-görməli məkan elə azərbaycandır. Ölkəmizə girişdəcə gördüyü qonaqpərvərlik, ona qarşı edilən hörmət, təmiz hava onu valeh edib. Bildirib ki, məhz azərbaycanda çox vaxt keçirəcəyi üçün digər ölkələrə səyahətini ertələyəcək.

Üç təkərli əl arabası ilə piyada 15-dən çox ölkəni gəzib. 45 yaşlı İran əsilli, İsveç vətəndaşı olan Kamran Qhaderi hazırda ölkəmizdə səyahətdədir.

Gürcüstandan sonra Azərbaycana səyahət edən Kamranı ölkəmiz çox valeh edib. Deyir ki, burada girşidəki qonaqpərvərlik, edilən hörmət onu çox məmnun edib. Özü ilə gecələmək üçün alaçıq gəzdirən turist 15 ölkəni gəzmək üçün 1 il 4 ay vaxt sərf edib.

Kamranın istiqaməti paytaxtadır. 10 gün Bakıda vaxt keçirdikdən sonra Xəzər dənizi vasitəsi ilə İrana qayıdacaq. Hələlik isə o içəri şəhər, atəşkah məbədi, yanar dağ, qobustan qaya təsvirlərini görmək üçün tələsir.

Xəbər lenti