Xəzər Xəbər

Azərbaycanda peşəkar dənizçilər belə hazırlanır - REPORTAJ - VİDEO

Veb TV | 18:47 • 18 İyul 2018
Azərbaycanda peşəkar dənizçilər belə hazırlanır -

Xüsusi qurğular vasitəsi ilə suda güclü dalğa effekti yaradılır, həyəcan siqnalı verildiyindən şərti gəminin heyəti suya tullanır. Onların köməyinə isə xilasedici qayıqlar və suda bir müddət qalmağa kömək edən rezin sallar çatır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Xəzər Dəniz Gəmiçiliyinin Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzindən gedir. Jurnalistlər üçün təşkil edilən mediaturda buradakı avadanlıqlar və tədris prosesinə baxış keçirilib. Əvvəlcə təlim mərkəzindəki hovuzda güclü dalğa effekti yaradılıb və qəza siqnalı verilib.

Eyni zamanda, təlim mərkəzində xüsusi texniki avadanlıqlar da var ki, buradakı kursları bitirən dənizçilərə beynəlxalq dərəcəli sertifikat verilir.

Təlim mərkəzində müxtəlif növ simulyatorlar da mövcuddur və onlardan istifadə edilərək peşəkar dənizçilər hazırlanır.

Həmçinin təlim mərkəzində tədris prosesi də həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti