Xəzər Xəbər

Yayın isti keçməsi ilanların sayını artırıb - Təhlükədən necə qorunmalı... - VİDEO

Veb TV | 19:25 • 18 İyul 2018
Yayın isti keçməsi ilanların sayını artırıb -

Bu il havaların normadan artıq isti keçməsi ilə əlaqədar olaraq ölkə ərazisindəki ilanların sayı artib.

Xezerxeber.az-ın məlumatına görə, Zoologiya Institutunun direktoru Elman Yusifov deyir ki, ötən illərlə müqayisədə ilanların sayında 20-30 faiz artım müşahidə edilir. Nəticədə bu yay ilanların zərərsizləşdirilməsi ilə bağlı quruma edilən müraciətlərin sayı xeyli artıb. Amma ilanların say artımı təkcə isti hava ilə bağlı deyil.

Elman Yusifov bildirib ki, ilanlar daha çox Kür-Araz ovalığında yerləşən Aran rayonlarında - Salyan, Neftçala, Biləsuvar rayonlarında artıb. Bundan başqa, Qobustan və Abşeron rayonlarından da ilanların artımı müşahidə edilir.

Zoologiya İnstitutunun direktoru zəhərli ilanların təsirindən qorunmağın yollarından da danışıb. O, bunun üçün bir sıra qaydalara əməl edilməli olduğunu deyib. Xüsusilə də əkin-biçin işləri ilə məşğul olanlar daha diqqətli olmalıdırlar.

Qeyd edək ki, bəzi hallarda ilanların evlərə soxulduğunun da şahidi oluruq. Bunun da qarşısını almağın yolları var.

Elman Yusifov ilanların çox olduğu ehtimal edilən ərazilərdə işləyərkən və ya gəzərkən insanların üzərlərində qan durulducu vasitələr gəzdirməyi tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti