Xəzər Xəbər

Yarmarkalara nəzarət başlayıb - Qida Təhlükəsizliyi Agentliyi hərəkətə keçib - VİDEO

Veb TV | 20:25 • 7 İyul 2018
Yarmarkalara nəzarət başlayıb -

Bu gündən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalarda qida təhlükəsizliyinə nəzarət başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, satış yarmarkalarında ət və süddən nümunələr götürülür, sonra isə bu nümunələr ən son texnologiyalara cavab verən aparatlarla ilkin olaraq yoxlamadan keçirilir.

Qida təhlükəsizliyinə nəzarət məntəqələrində satış üçün gətirilən kənd təsərrüfatı məhsullarının mənşə sənədi yoxlanıldıqdan sonra məhsullara vizual baxış keçirilir və ehtiyac yarandığı halda laborator müayinələr aparılır.

Yarmarkalarda ət və süd məhsulları ilə yanaşı, meyvə və tərəvəzlərə də vizual baxış keçirilir. Qaydalara əsasən, gün ərzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bütün məhsulların keyfiyyəti nəzarət altında saxlanılır və məhsulların keyfiyyətində hər hansı bir çatışmazlıq aşkar olunarsa həmin məhsulun satışı dərhal dayandırılır.

Qeyd edək ki, Agentlik tərəfindən ölkə üzrə mövcud olan 111 Baytarlıq-Sanitariya Ekspertiza laboratoriyalarında aparılan monitorinqlər və təkmilləşmə işləri nəticəsində 39 qida təhlükəsizliyi nəzarəti məntəqəsi yaradılıb. Hazırda qalan digər laboratoriyaların da maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təmin olunması prosesi həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti