Xəzər Xəbər

Dəhşət: Nəvə öz nənəsini döydü - VİDEO

Veb TV | 18:47 • 22 İyun 2018
Dəhşət:

Lənkəranda nəvə nənəsini və qohumunu döyüb.

Hadisə ötən gecə baş verib.

Rayon sakini, 55 yaşlı Nürəddin Xasızadə sifət nahiyəsindən aldığı xəsarətlə Lənkəran rayon mərkəzi xəstəxanasına müraciət edib. Məlum olub ki, nəvəsi tərəfindən döyülən qadın yeznəsini köməyə çağırıb.

Qayınanasının evinə gələn Nürəddin Xasızadə də qohumunu sakitləşdirməyə çalışarkən onun hücumuna məruz qalıb. O, aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib, lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti