Xəzər Xəbər

Ağackəsməyə görə cəzalar sərtləşdiriləcək GÖRƏNLƏR ŞİKAYƏT ETSİN! - VİDEO

Veb TV | 20:52 • 22 İyun 2018
Ağackəsməyə görə cəzalar sərtləşdiriləcək

Yaşıllıqların qorunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimələrin artırılmasını təklif edir. Nazirlik hətta bu cərimələri bir neçə dəfə artırmağı düşünür. Hazırda bununla bağlı təkliflər hazırlanır.

Yaşıllıqların məhv edilməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərt tədbirlər həyata keçirməyi planlaşdırır. Bununla bağlı nazirlik cərimələrin artırılması üçün hökumətə müraciət hazırlayır. Bu barədə nazirliyin ­Ekol­oji maarifləndirmə və­ ictimaiyyətlə əlaqəl­ər şöbəsinin icti­mai­ təşkilatlarla iş, ek­oloji maarifləndirmə ­və elm sektorunun müd­iri Umayra Tağıyeva keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, görülən işlərə baxmayaraq, hələ də ağacların tək-tək və ya kütləvi qırılması faktları ilə rastlaşılır.

Umayra Tağıyeva qeyd edib ki, ağac kəsintisi ilə bağlı tətbiq olunan cərimələrin məbləğinin bir neçə dəfə artırılması nəzərdə tutulur.

Qeyd edək ki, mövcud qanunvericilikdə yaşıllıqların məhv edilməsi ilə bağlı fiziki şəxslər üçün 2200-3000, vəzifəli şəxslər üçün 5-7 min, hüquqi şəxslər üçün isə 25-45 min manat məbləğində cərimə nəzərdə tutulub.

Xəbər lenti