Xəzər Xəbər

Babək prospektində yenidənqurma işləri davam etdirilir - VİDEO

Veb TV | 20:03 • 17 İyun 2018
Babək prospektində yenidənqurma işləri davam etdirilir -

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 9 km-ə yaxın olan Babək prospektinin yenidən qurulması işlərini davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, aparılan işlər çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bəzi ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində yolun 3 km-dən artıq hissəsində 3 qat olmaqla yeni asfalt örtüyünün döşənməsi işlərinə başlanılıb.

Bundan başqa, prospekt boyu xeyli məsafədə mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Həmçinin köhnə piyada səkiləri bərpa olunur. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi "cib"li hissələr tikilir.

Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.

Tikinti layihəsi çərçivəsində hərəkətin normal təşkili və avtomobillərin prospektlə birləşən küçələrə rahat giriş-çıxışını təmin etmək məqsədi ilə Oktay Vəliyev, Kamran Əfkari və bir sıra küçələrdə də təmir işləri aparılır. Həmin küçələrdə piyada səkiləri və kommunikasiya xətləri yenilənib.

Yenidənqurma işlərinin bu ilin sentyabr-oktyabr aylarında yekunlaşdırılması nəzərdə tutulub. Bu yolun istifadəyə verilməsi paytaxtın nəqliyyat yükünün azaldılmasında əhəmiyyətli dərəcədə rol oynayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti