Xəzər Xəbər

Bayram bazarlığı neçəyə başa gəlir? - “Xəzər Səhər” araşdırdı - VİDEO

Veb TV | 14:16 • 15 İyun 2018
Bayram bazarlığı neçəyə başa gəlir? -

Bayram bazarlığı ilə bağlı hamını maraqlandıran təbii ki qiymətlərdir. Biz də "Xəzər Səhər” olaraq bu məsələni araşdırdıq. Görək bayram süfrəsi neçə manata başa gəlir?

Ramazanın son günü hamı üz tuitur bazarlara ki, bu müqəddəs bayramda süfrəsini açmağa bəzi nemətlər alsın. Satıcılar deyirlər ki, təlabat ən çox bayram süfrələrimizin bəzəyi olan plov üçün lazım olan ərzaqlaradır:

Bazarlığını qiymətlərin süni artımından qorxub bir -neçə gün əvvəlcədən edənlər də var, bugün bazarlığa çıxanlar da. Qiymətlərdən söz düşmüşkən bayram münasibəti ilə süni artımlar müşahidə etmədik.

Hesablamalarımız belə deməyə əsas veriur ki. 4 nəfərlik bir ailənin bayram süfrəsi açması üçün minimum 50 manata ehtiyacı var. Puldan söz düşmüşkən onu da qeyd edək ki, bayram namazına qədər orucun vacib əməllərindən sayılan fitrə zəkatını da çıxarmaq və ehtiyacı olanlara vermək lazımdır. Qafqaz Müsəlmanlar İdarəsinin Fətva şöbəsinin mütəxəssisi Qurban Əliyev deyir ki, fitrə zəkatı günümüzün zəruri hesab edilən ərzaqlarından və ya müəyyən edilən məbləğdə pul formasında da verilə bilər.

Qafqaz müsəlmanlar idarəsinin rəsmisi tövsiyyə edir ki, fitrə zəkatını din pərdəsi arxasında gizlənib dilənçilik edənlərə deyil, həqiqətən ehtiyacı olanlara verəsiniz. Xüsusilə diqqət yetirmək lazımdır ki, fitrə zəkatı verəcəyiniz şəxslərin qəlbinə toxunmayasınız. Yəni bu mənim və ailəmin fitrəsidir demədən, bayram sovqatı kimi təqdim edə bilərsiniz. Niyyətinizi qəlbinizdə etməyiniz kifayətdir. Tutduğunuz orucların və etdiyiniz ibadətlərin qəbul olması diləyi ilə, bayramınız mübarək!

Xəbər lenti

Çox oxunanlar