Xəzər Xəbər

Tanınmış mütəxəssisdən sürücülərə məsləhət - Əlavə xərcə düşə bilərsiz - VİDEO

Veb TV | 20:58 • 19 Aprel 2018
Tanınmış mütəxəssisdən sürücülərə məsləhət -

Son dövrlər əksər sürücülər məşhur sosial şəbəkələrinə qoyulan videoları izləyərək avtomobillərin nasaz hissələrini özləri təmir edirlər. Mütəxəssislər isə belə sürücülərə xəbərdarlıq edir. Təmir zamanı edilən kiçik xətalar sürücüləri daha çox ziyana sala bilər.

İndi sosial şəbəkələrdə demək olar ki, avtomobilin bütün nasazlıqlarını aradan qaldırmaqın üsullarını göstərən videolar var. Bir çox sürücülərdə məhz bu videolara baxaraq avtomobillərini təmir edirlər. Amma bu heçdə həmişə müsbət nəticələnmir.

Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə son zamanlar özü avtomobilə müdaxilə edən, amma bunu bacarmayaraq sonra ustaya müraciət edənlərin sayı artıb.

Ustalar belə videolar vasitəsi ilə avtomobildə kiçik təmirin edilməsini müsbət hal hesab edilər. Çünki bəzi təmir işlərinin sürücünün özü tərəfindən aparılması əlavə xərcləri azaldır.

Ustalar onuda məsələhət bilir ki, sürücülər bir neçə video izləyib prosesi tam öyrəndikdən sonra işə başlasınlar. Çünki bir videoda onu izah edən səhv edə bilər və bu da sürücünü əlavə xərcə salar.

Xəbər lenti