Xəzər Xəbər

Lənkəranda facəli ÖLÜM Qadın təndirdə yandı - VİDEO

Veb TV | 20:36 • 24 Mart 2018
Lənkəranda facəli ÖLÜM

Lənkəranda çörək bişirən 50 yaşlı qadın təndirə düşüb və yanaraq ölüb.

Bədbəxt hadisə rayonun dağ kəndi olan Aşağı Təngivanda baş verib. Kənd sakini Böyükxanım Əliyeva təndirdə çörək bişirərkən təndirin içərisinə yıxılıb.

Böyükxanım Əliyeva aldığı yanıq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Qadının yanmış meyiti təndirdən çıxarılıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin əməkdaşları cəlb olunub. Mərhumun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran rayon prokrorluğunda araşdırma aparılır.


Xəbər lenti

Çox oxunanlar