Xəzər Xəbər

Bakıda oğurluq anı kameraya düşdü VİDEO

Veb TV | 20:23 • 24 Mart 2018
Bakıda oğurluq anı kameraya düşdü

Bakıdakı ticarət mərkəzlərindən birində 2 qadın tərəfindən edilən oğurluq təhlükəsizlik kameralarına düşüb.

Qadınlar öncə alıcı kimi mağazaya daxil olublar. Yanlarında satıcının olmadığını müəyyən etdikdən sonra orda satılan paltarları öz geyimlərinin içərisində gizlədərək mağazadan çıxıblar.

Onlar 3 bahalı mal oğurlayıblar. Nəticədə sahibkara 450-500 manat ziyan dəyib.

Oğurluq anının əks olunduğu görüntüləri "XəzərXəbər”in votsap nömrəsinə göndərən mağaza sahibi bildirib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Xəbər lenti