Xəzər Xəbər

Vidadi İsgəndərli indi də öz əmisi oğlunu təhqir edir - O, həqiqətləri niyə qəbul etmir? - VİDEO

Veb TV | 20:10 • 8 Mart 2018
Vidadi İsgəndərli indi də öz əmisi oğlunu təhqir edir -

Vidadi İsgəndərlinin sosial şəbəkə vasitəsilə atasının qəbrindən siyasi şou predmeti kimi yararlanmaq cəhdlərinə tam aydınlıq gəlib. Vidadi İsgəndərlinin əmisi oglu İmran İsgəndərov növbəti dəfə açıqlama verərək bunun təxribat oldugunu ifşa edib. Amma gəl gör ki, ifşa olunan Vidadi İsgəndərli və onun mənsub oldugu dairələr həqiqəti dediyi üçün öz əmisi oglunu da təhqir edir.

Vidadi İsgəndərli və radikal müxalifət bu dəfə İmran İsgəndərovu hədəf götürüb. Kimdir İmran İsgəndərov?

Vidadi İsgəndərlinin doğma əmisi oğlu. Bəs niyə təhqir olunur, günahı nədi? Efirə çıxaraq əmisi İsgəndər İsgəndərovun məzarının təhqir olunmadığını söyləyib. Özü də dediklərini videogörüntü ilə sübut edib. Həngamə də bundan sonra başlayıb.

İmran İsgəndərov təxribat xarakterli videogörüntünün Göyçayın Məlikkənd qəbiristanlığında çəkilmədiyini bildirir. Qeyd edir ki, nəinki təhqir olunduğu iddia edilən, hətta telefonun kamerasına düşən digər qəbirlər də başqa yerdə lentə alınıb.

Səthi araşdırma da göstərir ki, İmran İsgəndərlinin çəkdiyi görüntülərlə internetdə yerləşdirilən görüntülər fərqlidir. Təhqir olunduğu deyilən qəbir daşı hasarla əhatəyə alınıb. İsgəndər İsgəndərovun qəbri isə dəmir məhəccərin içərisindədir. Amma Vidadi İsgəndərli israrla oranın atasının qəbri olduğunu iddia edir. Əcaba, bu insan atasının qəbrinin təhqir olunmasında niyə bu qədər maraqlıdır? Görünənən odur ki, bu adam üçün nəinki dövlət dəyərləri, heç ailə dəyərləri də qalmayıb. Məsələnin radıkal düşərgə trolları tərəfindən qızışdırılması isə bir daha sübut edir ki, xəbər məhz bu düşərgənin siyasi məqsədlərinə xidmət edən təxribatdır.

Radikal düşərgənin bu məsələdə ən azı Vidiadi İsgəndərli qədər can yandırması onların eyni mərkəzdən təlimat aldığını göstərir. Kərtənkələ ilana zəhər verdiyi kimi, radikal müxalifət də Vidadi İsgəndərli kimilərin Avropada oturub sosial şəbəkələrdə tirajladıqları təhqirlərdən qidalanır.

Burada bir məqama xüsusi diqqət yetirmək lazımdı: Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatları sosial şəbəkələrin "qəhrəmanları" ilə mübarizədə fəal və qətiyyətli olmalıdır. Fəaliyyətlərində qaraguruhçuluq, ləyaqətsizlik, şər və böhtan olan bu ünsürlərə layiq olduqları yer göstərilməli və azərbaycanlı adına ləkə gətirən destruktiv qüvvələr ifşa edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti