Xəzər Xəbər

DSX-nın qadın hərbçiləri bacarıqlarını nümayiş etdiriblər - VİDEO

Veb TV | 20:14 • 8 Mart 2018
DSX-nın qadın hərbçiləri bacarıqlarını nümayiş etdiriblər -

Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları bacarıqlarını nümayiş etdiriblər. Onların arasında tankçı, snayper, dənizçi və qadın pilotlar var. Qadın hərbçilər real döyüş tapşırıqlarını uğurla icra ediblər.

Xezerxeber.az-ın məlumatına görə, onlar hədəfi nişan alır, sonra isə atəş açır, idarə etdiyi vertalyotlardan isə döyüş tapşırıqları verirlər.

İndiyədək çoxlarımız qadın hərbi qulluqçuları Dövlət Sərhəd Xidmətində mərkəzi aparatı, dövlət sərhədin nəzarət buraxılış məntəqələrində, tibb məntəqələrində və qərargahlarda xidmət edən görmüşük.

DSX-nın qadın hərbi qulluqçuları bu dəfə real döyüş tapşırıqlarını uğurla icra ediblər. Qadınlar, xüsusi təyinatlı bölmələrdə atıcı, snayper, tankçı, sahil mühafizəsi gəmilərində müxtəlif vəzifələrdə, aviasiya dəstəsinin helikopterlərində pilot və digər sahələrdə xidmət edirlər.

Qadınlar ən çətin tapşırıqların belə asanlıqla öhtəsindən gəlirlər. Hətta helikopterlərdən paraşutlə atılaraq səmada əsl qəhrəmanlıq göstərirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti