Xəzər Xəbər

İsmayıllı sakini ehtiyatsızlıqdan güllə yarası alıb - VİDEO

Veb TV | 20:35 • 7 Mart 2018
İsmayıllı sakini ehtiyatsızlıqdan güllə yarası alıb -

İsmayıllıda ehtiyatsızlıq səbəbindən güllələnmə hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Qalacıq kəndində baş verib. Kənd sakini, 28 yaşlı Ruslan Məmmədov yaşadığı evin həyətində ov tüfəngindən istifadə zamanı ehtiyatsızlıq edib. Tüfəngdən açılan güllə onun sağ döş qəfəsinə dəyib. Ruslan Məmmədov təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstə cərahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti stabilləşib. Faktla bağlı İsmayıllı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti