Xəzər Xəbər

Gürcüstana avtomobillə gedənlərin nəzərinə! VİDEO

Veb TV | 20:55 • 1 Mart 2018
Gürcüstana avtomobillə gedənlərin nəzərinə!

Gürcüstana öz avtomobili ilə səfər etmək istəyən şəxslərdən əlavə avtomobil sığortası tələb olunacaq. Gürcüstan hökümətinin qəbul etdiyi qanun bu gündən qüvvəyə minir. Azərbaycan vətəndaşlarına da şamil edilən qanuna əsasən avtomobil 15 gün müddətdən artıq Gürcüstanda qalarsa mütləq sığorta ödənişi etməlidir. Əks halda həmin şəxsləri cərimələr gözləyir.

Gürcüstana öz şəxsi avtomobili ilə səfər edən xairici ölkə vətəndaşlarından 15 gündən artıq qalacağı halda avtomobil sığortası tələb olunacaq.

Bu gündən etibarən qüvvəyə minən qanuna əsasən, avtomobillə səfər edən vətəndaşlar sığorta ödənişi etməli olacaq. Sığortanı isə nəzarət-buraxılış məntəqələrində əldə etmək mümkün olacaq. Sığorta paketinin qiyməti isə nəqliyyat vasitəsinin növündən və sığorta müddətindən asılı olaraq dəyişir.

Gürcüstan qanunvericiliyinə əsasən nəqliyyat vasitəsini 15, 30, 90 gün və 1 il müddətinə sığortalamaq mümkündür. Ekspertlərin fikrincə, Gürcüstan hökümətinin bu addım atmasının əsas səbəbi, yol qəzalarında baş verən anlaşmazlıqları həll etmək üçündür.

Xarici vətəndaş Gürcüstan ərazisində nəqliyyat vasitəsini sığortasız idarə edərsə, motosikl, minik avtomobili, kənd təsərrüfatı texnikası üçün 100 lari (69 manat), avtobus və yük maşınları üçün isə 200 lari (138 manat) məbləğində cərimələnəcək.


Xəbər lenti