Xəzər Xəbər

Müəllim şagirdini cüdo fəndi ilə yerə sərib VİDEO

Veb TV | 12:01 • 20 Fevral 2018
Müəllim şagirdini cüdo fəndi ilə yerə sərib
ABŞ-ın Şimali Karolina ştatında dərs zamanı müəllim və şagird arasında baş verən olay rezonans doğurub. "New York Post"un verdiyi məlumata görə, 12 yaşlı məktəbli Xose Eskudero dərs zamanı müəllimi Pol Stennet tərəfindən cüdo fəndi ilə yerə sərilib.

Hadisənin baş verməsinə səbəb müəllimin şagirdin konfetini ondan alması olub. Tənəffüs zamanı konfetini geri almaq istəyən şagird pedaqoqun cüdo fəndinə məruz qalıb.

Olay barədə şagirdin valideyni Facebook şəbəkəsinə video yerləşdirib. Hadisənin ictimailəşməsindən sonra müəllim işlədiyi təhsil ocağından qovulub./FaktXəbər

Xəbər lenti