Xəzər Xəbər

Yəməndə yeni bəla: Quş qripi yayılıb - VİDEO

Veb TV | 12:31 • 19 Fevral 2018
Yəməndə yeni bəla:

Aclıq və vəba epidemiyası ilə hər gün qurban verən Yəmən indi də quş qripi təhlükəsi ilə üz-üzədir. Bu barədə Al Jazeera xəbər yayıb. Bildirilir ki, səhiyyə sahəsində ciddi böhranla üz-üzə olan ölkədə bu xəstəliklə mübarizə üçün resurs yoxdur.

Yəməndə üç ildir davam edən münaqişə əhalinin yarıdan çoxunu humanitar yardıma möhtac edib. 2015-ci illdə Səud başda olmaqla koalisiya qüvvələrinin havadan bombardmanı ölkəni daha pis vəziyyətə salıb. Həmin dövrdən bəri 10 minlərlə insan həlak ollub, milyonlarla insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bundan başqa minlərlə insan epidemiya və aclığın əsarətindədir.


Xəbər lenti