Xəzər Xəbər

İranda təyyarə qəzası: Əlverişsiz hava axtarış işlərini çətinləşdirir - VİDEO

Veb TV | 13:12 • 19 Fevral 2018
İranda təyyarə qəzası:

İranda Aseman Airlines aviakompaniyasına məxsus ATR 72-500 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 66 nəfər olub. Bu barədə Tasnim xəbər yayıb.

Bildirilir ki, qəza İsfahan əyalətinin Semir şəhəri yaxınlığında baş verib. Təyyarə uçuşdan təqribən 50 dəqiqə sonra radarlardan itib.

Layner Tehrandan Yasuc şəhərinə reys edirdi. Mənzil başına 25 qalmış Dena dağlıq məssivinə çırpılıb.

Bildirilir ki, təyyarənin qəzaya uğradığı ərazidə güclü duman var. Bu da helikopterlərə axtarış işlərində maneə törədir. Bundan başqa əlverişsiz hava şəraiti – leysan yağış və güclü külək də əlavə çətinlik yaradır.

İran prezidenti Həsən Ruhani qurbanların ailələrinə və yaxınlarına başsağlığı verib, həmçinin faciənin səbəblərinin araşdırılması üçün Yol və Şəhər İnkişafı Nazirliyinə İran Mülki Aviasiya Təşkilatı ilə birlikdə xüsusi komissiya yaratmaq barədə göstəriş verib.

Azərbaycan prezidenti İlham Əliyev İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri olduqca kədərləndiyini bildirib, faciə ilə bağlı iranlı həmkarı Həsən Ruhaniyə, həlak olanların ailələrinə, yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib. /faktxəbər

Xəbər lenti