Xəzər Xəbər

Dayədən 8 aylıq uşağa qarşı VƏHŞİLİK Başını yastığa sıxaraq... - VİDEO

Veb TV | 16:51 • 29 Yanvar 2018
Dayədən 8 aylıq uşağa qarşı VƏHŞİLİK

Dayənin 8 aylıq uşağa qarşı etdiyi amansız qəddarlıq evə yerləşdirilmiş kameraya düşüb.

Rusiyanın Başqırdıstan vilayətində Sterlitamake şəhərində Alan adlı 8 aylıq uşağa qarşı vəhşiliyin görüntüləri yayılıb.

Divanda rahat uzanıb dincələ bilməyən dayə qəzəblənərək gah uşağın başına şillə vurur, gah təpik atır, gah da başını yastığa sıxır ki ağlamasın.

Sadist baxıcının hərəkətlərindən şübhələnən valideynlər evə kamera yerləşdirdikdən sonra gördüklərindən dəhşətə gəliblər.

Dərhal polis və həkim çağırılıb. Müayinədən sonra uşağın bədənində zədələr aşkar olunub.

Polis araşdırmalara başlayıb./publika.az


Xəbər lenti