Xəzər Xəbər

Dron okeanda batan gəncləri belə xilas edib VİDEO

Veb TV | 13:22 • 19 Yanvar 2018
Dron okeanda batan gəncləri belə xilas edib
Avstraliyada okenda köməksiz vəziyyətdə qalan yeniyetmələr dron aparatı ilə xilas olunub.

Bu barədə "Surf Life Saving" təşkilatının saytında bildirilir.

İlk dəfə pilotsuz uçuş aparatından istifadə olunmasına baxmayaraq sörfinq istifadəçilərinin xilas edilməsi uğurlu alınıb.

Xilasedicilər köpəkbalığı tərəfindən hücumların sayının azaldılması üzrə proqram çərçivəsində uçuş aparatını sınaqdan keçirilməyə hazırlaşdığı vaxt okean sularında iki gəncin köməksiz qalması barədə məlumat alıblar. Elə bu zaman onlara pilotsuz aparatla yardım göndərilib./FaktXəbər

Xəbər lenti