Xəzər Xəbər

Sumqayıtda dəhşətli hadisədə ölənlərin adları bilindi

Veb TV | 09:59 • 8 Dekabr 2017
Sumqayıtda dəhşətli hadisədə ölənlərin adları bilindi

Ötən gecə Sumqayıtda baş vermiş dəhşətli qəzada ölən şəxslərin adları müəyyənləşib. Lent.az xəbər verir ki, Bakı-Quba-Rusiya sərhədi yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığından keçən hissəsində "KamAZ" markalı yük maşınına çırpılan "Mercedes"də ölən şəxslərin 1955-ci il təvəllüdlü Məmmədov Xanlar Alı oğlu, 1976-cı il təvəllüdlü Cəfərov Rəşid İslam oğlu və Novruzov Azad Novruz oğlu olması məlum olub. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Kərimov Əmrah Nəriman oğlu isə ağır xəsarət alıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar