Xəzər Xəbər

Gülləri tozlandıran robot `arı` hazırlanıb VİDEO

Veb TV | 13:24 • 21 Noyabr 2017
Gülləri tozlandıran robot `arı` hazırlanıb

Qərbi Virciniya Universitetindən olan araşdırmaçılar arıların funksiyasını yerinə yetirəcək tozlandırıcı robotlar hazırlayıblar. Eksperiment zamanı robotlar QR kodla işarələnmiş gülləri «tozlandırıb» . Məsələ burasındadır ki, o, hələ kolda gülləri seçə bilmir.

Çarpaz tozlanma – bitkilərin çoxalmasının əsas üsullarından biridir. Belə tozlanma zamanı həşəratların, əsasən də arıların köməyi ilə bir gülün tozcuğu o biri gülə qoyulur. Lakin son zamanlar dünyada müxtəlif səbəblərdən arıların sayı durmadan azalır. Gələcəkdə bu, ciddi problemlə nəticələnə və bir çox bitkilərin nəslinin kəsilməsinə gətirə bilər.

Bundan qaçmaq üçün Qərbi Virciniya Universitetinin alimləri istixanalarda çarpaz tozlanma ilə məşğul ola biləcək robot arıların layihəsini hazırlayıb.

Lakin robotlar hələ ki, koldakı gülləri seçə bilmir. Bu səbəbdən alimlər bir neçə QR kod hazırlayıb. Sistem onları görür, oxuyur və tozlanma üçün tələb olunan davranışları həyata keçirir./faktxəbər


Xəbər lenti

Çox oxunanlar