Xəzər Xəbər

Bütün rayonlarda sənaye zonaları yaradılacaq - VİDEO

Veb TV | 20:43 • 13 Noyabr 2017
Bütün rayonlarda sənaye zonaları yaradılacaq -

Azərbaycanın bütün bölgələrində sənaye zonaları yaradılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı təkliflər yaxın vaxtlarda hökumətə təqdim olunacaq.

Bəzi sənaye parklarında isə istehsalın yeni mərhələsinə start verilir. Bu məqsədlə həmin parkların tərkibində klasterlər yaradılacaq. Klasterlərin yaradılması nəticəsində istehsal zənciri daha da böyüyəcək və yeni məhsullar istehsal ediləcək. Ölkəyə xaricdən idxal olunan bəzi məhsulların da burada istehsal edilməsi planlaşdırılır. İlk klasterin Sumqayıt Texnologiyalar Parkında yaradılması nəzərdə tutulub.

Növbəti klaster isə Balaxanı Sənaye Parkında yaradılacaq. Məqsəd məişət tullantıları ilə bağlı geniş çeşiddə istehsal həyata keçirməkdir. Klasterlərin təşkili sənaye parklarında kiçik və orta sahibkarların daha da inkişafına səbəb olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti