Xəzər Xəbər

İrandakı güclü zəlzələ Azərbaycanda zəlzələ ocaqlarını oyada bilərmi? - VİDEO

Veb TV | 20:46 • 13 Noyabr 2017
İrandakı güclü zəlzələ Azərbaycanda zəlzələ ocaqlarını oyada bilərmi? -

İran-İraq sərhədində baş verən güclü zəlzələ Azərbaycanda zəlzələ ocaqlarını oyada bilməz.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, qeydə alınan ilk güclü təkan İranla həmsərhəd olan ərazilərdə - Naxçıvan, Lənkəran, Lerik və Yardımlıda hiss olunub. Üç bala kimi hiss olunan zəlzələ məsafə, regionun geoloji quruluşu və tektonik baxımdan Azərbaycanın zəlzələ ocaqlarına təsir edə bilməz.

Qurban Yetirmişli bildirib ki, hazırda ölkədə seysmoloji vəziyyət stabildir və narahatlığa heç bir əsas yoxdur.

Direktor qeyd edib ki, ökədəki seysmoloji vəziyyət seysmik stansiyalar vasitəsi ilə daim izlənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024