Xəzər Xəbər

Röya Yıldız Tilbenin albomunda BU MAHNINI OXUYACAQ - VİDEO

Veb TV | 10:59 • 13 Noyabr 2017
Röya Yıldız Tilbenin albomunda

Əməkdar artist Röya Ayxan "Poll production" tərəfindən hazırlanan Yıldız Tilbenin mahnılarından ibarət olan albomda yer alacaq.

Bir müddətdir danışıqları gedən albomda türkiyəli ifaçılar Tarkan, Hande Yener, Demet Akalın, Aleyna Tilki və başqa sənətçilər Yıldız Tilbenin repertuarından mahnılar səsləndirəcək.

Hazırlıqlarına davam edən albomda müğənnilərin hansı mahnını ifa edəcəyi isə məlum olmağa başlayıb. Səsyazma studiyasına yollanan ifaçılar arasında Əməkdar artist Röya Ayxan da var. O, albomda Yıldız Tilbenin illər öncə səsləndirdiyi "Ummadığım anda" mahnısını ifa edəcək. Fərqli aranjimanda təqdim ediləcək albomun yayım tarixi isə hələ ki, bəlli deyil./publika.az


Xəbər lenti