Xəzər Xəbər

Bakıda GÜCLÜ YANĞIN: Alovlar yüz metrdən belə asanlıqla görünür - VİDEO

Veb TV | 20:45 • 22 Oktyabr 2017
Bakıda GÜCLÜ YANĞIN:

Paytaxtın Xəzər rayonunda marketlərdən birində iri həcmli yanğın olub. Yanğın nəticəsində xəsarət alan olmasa da mağazaya ciddi maddi ziyan dəyib. İndi vətəndaşlar tərəfindən çəkilərək "XəzərXəbər”in votsap nömrəsinə göndərilən həmin görüntüləri təqdim edirik.

Gündüz saatlarında mağazanın üzərində başlayan yanğın bir anda ətrafı qara tüstüyə bürüyüb.

Alovun hündürlüyü isə hətta bir neçə yüz metrdən belə asanlıqla görünür.

Görüntülər dünən saat 16 radələrində hava limanı yolunun kənarında yerləşən marketlərdən birində baş verən dəhşətli yanğındandır. Bu görüntü vətəndaşlar tərəfindən çəkilərək Xəzər TV-nin votsap nömrəsinə göndərilib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, yanğın Xəzər rayonunda ümumi sahəsi 120 m2 olan ikimərtəbəli mağazada qeydə alınıb. Obyektin zirzəmisində karton taralara yığılmış su filterləri, zirzəminin lambirdən ibarət tavanı 12 m2 sahədə, mağazaya bitişik ümumi sahəsi 40 m2 olan anbarın yanar konstruksiyaları və ərazidəki 6 ədəd şam ağacı yanıb.

Yüksək temperaturdan yaxınlıqdakı marketdə 1 ədəd kondisioner və generator əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək onun ətraf ərazilərə keçməsinin qarşısını alınıb.


Xəbər lenti