Xəzər Xəbər

Vyetnamda daşqınlar dağıntılara səbəb oldu – 15 nəfər öldü - VİDEO

Veb TV | 16:06 • 11 Oktyabr 2017
Vyetnamda daşqınlar dağıntılara səbəb oldu

Vyetnamda mövsümi yağışlar daşqınlara səbəb olub.

Ölkənin şimal regionunda sel və daşqın suları irimiqyaslı dağıntılar törədib. Bir neçə rayonda torpaq sürüşməsi qeydə alınıb.

Daşqınlar nəticəsində azı 15 nəfərin öldüyü bildirilir. Onlardan 2-si azyaşlıdır. Rəsmilər 5 nəfərin itkin düşdüyünü bildiriblər./AzNews.az


Xəbər lenti