Xəzər Xəbər

"Roma" Bakıya qələbə ilə gəlir VİDEO

Veb TV | 12:24 • 24 Sentyabr 2017
"Roma" Bakıya qələbə ilə gəlir

"Roma" klubu futbol üzrə İtaliya A Seriyasının VI tur matçında "Udineze"ni qəbul edib.

"Olimpiko" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. "Sarı-qırmızılar" hər 3 qolu ilk yarıda vurub.

Belə ki, 12-ci dəqiqədə Edin Ceko, 30-cu və 45-ci dəqiqələrdə Stefan əl-Şaaravi fərqlənib. 89-cu dəqiqədə "Roma" 4-cü qol imkanı qazansa da, Dieqo Perotti penaltidən yararlana bilməyib. Əvəzində bir dəqiqə sonra Yens Larsen "Udineze"nin təsəlli qolunu vurub.

Bu qələbədən sonra xallarını 12-yə yüksəldən "Roma" 4-cü pillədə qərarlaşıb. "Udineze" isə 3 xalla 16-cıdır.

"Roma" növbəti oyununu sentyabrın 27-də Bakıda "Qarabağ"a qarşı keçirəcək. Çempionlar Liqasında C qrupunun II tur qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.

"Roma” – "Udineze” 3:1
QOLLAR:
Edin Ceko 12; Stefan Əl-Şaravi 30, 45 // Yens Larsen 90


Xəbər lenti