Xəzər Xəbər

Bakıda əncir və üzümü yerindən necə alaq? VİDEO

Veb TV | 20:51 • 10 Sentyabr 2017
Bakıda əncir və üzümü yerindən necə alaq?

Abşeronda yol kənarında müxtəlif meyvələrin satışına rast gəlmək mümkündür. Saray bağlarında yetişdirilən bu meyvələr elə təsərrüfat sahibləri tərəfindən də satışa çıxarılır. Hazırda ən çox satılan isə əncirdir.

Bütün bu meyvələrə Abşeronda, Saray qəsəbəsindən Novxanı istiqamətində yolun hər iki tərəfində görmək olar. Sakinlər bağlarda yetişdirdikləri meyvələri sübh tezdən dərərək satışa çıxarırlar.

Satıcılar deyir ki, hazırda ən çox satılan meyvə əncirdir. Onu da əsasən mürəbbə bə bişirmək üçün alırlar.

Yol kənarında satılan əncirin kiloqramı 1 manat 50 qəpik, 2 manata alıcılara təklif olunur.

İkinci ən çox satılan meyvə isə Abşeron şanısıdır.


Xəbər lenti