Xəzər Xəbər

Bakı Olimpiya Stadionunun ÇL finalına namizənliyi ilə bağlı təqdimat oldu - VİDEO

Veb TV | 13:35 • 8 Sentyabr 2017
Bakı Olimpiya Stadionunun

Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar hazırlanmış təqdimat kitablarının fotoları və videoçarxı təqdim olunub.

XəzərXəbər AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər iki videoçarx fərqli sujet xətti ilə hazırlanıb.

Qeyd edək ki, sentybarın 5-də Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar hazırlanan xüsusi prezentasiya İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.


Xəbər lenti