Xəzər Xəbər

Bəzi yarmarkalarda qurbanlıq heyvanların qiyməti ucuzlaşıb - Endirim sabah da davam edəcək - VİDEO

Veb TV | 19:17 • 2 Sentyabr 2017
Bəzi yarmarkalarda qurbanlıq heyvanların qiyməti ucuzlaşıb -

Ötən gün Qurban bayramı ilə əlaqədar paytaxta satılması üçün çox sayda qurqurbanlıq heyvan gətirilmişdi.

Xezerxeber.az-ın məlumatına görə, təklifin tələbdən çox olması bir çox satıcıların heyvanlarının əllərində qalması ilə nəticələnib. Bəs belə bir vəziyyət qiymətlərə təsir edibmi?

Əməkdaşlarımızın araşdırmasından məlum olub ki, bayramın ikinci günündə qurbanlıq heyvan satılan yerlərdə nisbətən sakitlik hökm sürür. Qiymətlər isə ötən günə nisbətən təxminən 10 faiz ucuzlaşıb.

Satıcıların sözlərinə görə, müxtəlif rayonlardan gətirilən qoyunların ötən gün az hissəsi satıldığından bu gün qiymətlər ucuzlaşıb. Satıcılar heyvanların yenidən geri qaytarılmasının onlara əlavə xərc yaradacığı üçün qiymətlərdə endirim ediblər. Satıcılar sabah da qiymətlərin nisbətən ucuz olacağını bildirirlər.

Bəzi yerlərdə isə bu hal yaşanmayıb. Satıcılar qurbanlıq heyvanı ötən gün hansı qiymətə satırdılarsa, bu gündə qiymət eyni qalıb.

Yaranmış vəziyyətdən satıcılar o qədər də razı görünməsə də, alıcılar məmnundur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti