Xəzər Xəbər

Öləndə baş daşının ayaq şəklində olmasını istədi - Səbəb isə... - VİDEO

Veb TV | 17:22 • 21 Avqust 2017
Öləndə baş daşının ayaq şəklində olmasını istədi -

Böyük Britaniyanın Derbişir şəhərində Ayaq Barmağı Güləşi üzrə Dünya Çempionatı baş tutub.

Çoxlu sayda həvəskarın iştirakı ilə keçən müsabiqədə Nesti Neş adlı yarışçı qalib gəlib. O, artıq 14-cü dəfə Ayaq Barmağı Güləşi Çempionu adına layiq görülüb.

Nesti Neş bu yarış növünü çox sevdiyini deyib.

"Bu, mənim həyatımdır. Mən Cənab Ayaq Barmağı Güləşçisiyəm. Öləndə baş daşımın ayaq şəklində olmasını istəyirəm” – deyə Neş qeyd edib.

Yarışda, eyni zamanda, qadınlar və azyaşlılar arasında da rəqabət olub. Qadınlar arasında Rebekka Biç qalib gəlib./AzNews.az


Xəbər lenti