Xəzər Xəbər

Yol qəzası 3 nəfərin həyatına son qoydu - VİDEO

Veb TV | 18:48 • 21 Avqust 2017
Yol qəzası 3 nəfərin həyatına son qoydu -

Minik avtomobillərinin toqquşması 3 nəfərin ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Oğuzun Kərimli kəndi ərazisində baş verib. Şəkinin Aşağı Göynük kənd sakini Vəlyəddin Hümmətovun idarə etdiyi minik avtomobili ilə Oğuzun Kərimli kənd sakini Cəmil Abdullayevin minik maşını ilə toqquşub.

SürücüVəlyəddin Hümmətov və sərnişin Şükür Ağamirzəyev xəstəxanaya daxil olduqdan bir müddət sonra ölüblər. Xəsarət alanlardan Murad Kahraman və Sədaqət Abdullayevanın vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub. Digər iki nəfərdən biri- Cəmil Abdullayev ambulator müalicəyə buraxılıb, Məshsumə Kahraman isə xəstəxanadadır. Faktla bağlı araşdırma aparılır.

Tovuzda isə minik avtomobilnin yük avtomobili ilə toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib. Ağır qəza Bakı-Qazax Magistralının Aşağı Quşçu kəndindən keçən hissəsində baş verib. Ağstafa sakini, 59 yaşlı Rafiq Kərimovun idarə etdiyi minik avtomobili yük maşını ilə toqquşub.

Sürücü Rafiq Kərimov hadisə yerində dünyasını dəyişib. Maşında olan sərnişin, 22 yaşlı sərnişin Oksana Romanova isə yüngül bədən xəsarətləri alıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti