Xəzər Xəbər

Faytoncu Nazim "ölüm"ündən danışdı: “Məcbur oldum” - VİDEO

Veb TV | 12:41 • 19 Avqust 2017
Faytoncu Nazim "ölüm"ündən danışdı:

"Ayaq üstəyəm, sağ və salamatam”.

Bunu Faytonçu Nazim səhər çağlarında ölüm xəbərinin yayılmasına münasibətində bildirib. O, yayılan xəbərdən təəssüf keçirdiyini deyib:

"Bu videonu çəkməyə məcbur oldum. Jurnalistlər nə gəldi yazır. Sağ və salamatam. Müalicəm gedir. Yaxşılığa doğru gedirəm, ayaq üstəyəm. Yaşamaq eşqim böyükdür. Hələ qarşıda çoxlu toylarım, mahnılarım olacaq. Öpürəm hamınızı”.

Bu gün səhər Faytonçu Nazimin ölüm xəbəri yayılıb.

Uzun zamandır ki, səhnədə görünməyən müğənni Nazim Pişyarı öd xəstəliyindən əziyyət çəkir. O, 4 dəfə əməliyyat olunub./AzNews.az


Xəbər lenti