Xəzər Xəbər

Bakıda qadını soyan 2 nəfər tutuldu VİDEO

Veb TV | 20:54 • 28 İyul 2017
Bakıda qadını soyan 2 nəfər tutuldu

Bakıda qadına qarşı soyğunçuluqda şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar parkda gəzən qadının çantasını alıb qaçıblar. Yasamal rayon polis idarəsinin əməkdaşları cinayətkarları isti izlərlə yaxalayıblar.

Qadına qarşı soyğunçuluq edənlər saxlanılıb.

Hadisə paytaxtın Yasamal rayonunda Nərimanov parkında baş verib. Bu barədə polisə məlumat verildikdən dərhal sonra axtarışlara başlanılıb və iki şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbər lenti