Xəzər Xəbər

Mağaza belə yandı VİDEO

Veb TV | 19:50 • 14 İyul 2017
Mağaza belə yandı

Goraboyda tövlə yanıb. 3 ton ot yanaraq yararsız hala düşüb. Həmçinin tövlənin içərisində olan 1 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Rayonun Goran qəsəbəsində fəaliyyət göstərən satış mərkəzində də yanğın olub.

Tövlə yandı, iribuynuzlu heyvan tələf oldu. Hadisə Goranboyun Tatarlı kəndində baş verib. Rizvan İsmayılova məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 225 kvadrat metr olan tövlə qəfildən alışıb. Alovları ram etmək mümkün olmadığından yanğınsöndürənlər hadisə yerinə çağrılıb. Alovlar bir müddət sonra söndürülüb. Yanğın hadisəsi zamanı dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanaraq yararsız hala düşüb. Həmçinin tövlənin içərisində olan 1 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Bakı-Qazax avtomagistralının ətrafında, Goranboy rayonun Goran qəsəbəsində fəaliyyət göstərən satış mərkəzində də yanğın baş verib. Qəfildən başlayan yanğın tez bir zamanda ətrafa yayılıb. Alovu ram etmək mümkün olmadığından Goranboy, Nafatalan və Kəlbəcər rayon yanğından mühafizə hissələrinin 5 avtomobili və canlı qüvvəsi səfərbər edilib. Nəriman Şirinova məxsus mağazada başlayan alov obyektin anbarını və yanar konstruksiyalarını yararsız hala salıb. Alov ona bitişik olan digər mağazaya da keçib. Yanğın zamanı obyektdə satılan avadanlıqlar yanaraq yararsız hala düşüb.Yanğının baş vermə səbəbləri araşdırılır.


Xəbər lenti