Xəzər Xəbər

Körpə xilas olsa da, Anası öldü VİDEO

Veb TV | 21:00 • 14 İyul 2017
Körpə xilas olsa da,

Respublika Perinatal Mərkəzində ana doğuşdan sonra dünyasını dəyişib.Əməliyyat edilən ananın 3 dəfə ürəyi dayanıb.Göstərilən səylər nəticə verməsədə yeni doğulan uşağı xilas eləmək mümkün olub. Daha bir ana ölümü isə Sumqayıtda qeydə alınıb. Hər iki ölüm faktını Doğuşa Yardım Komissiyası və Prokurorluq orqanları araşdırır.

Ana doğuşdan sonra dünyasını dəyişib. Hadisə Respublika Perinatal Mərkəzində qeydə alınıb.Bir neçə gün əvvəl 33 yaşlı Kəmalə Bəkirova doğuş üçün Şamaxı rayonundan Bakıya Perinatal Mərkəzə gətirilib. Xəstəxananın direktoru Sevinc Məmmədova deyir ki, ana indiyə qədər 3 abortla yanaşı, 5 doğuş həyata keçirib. Həmin doğuşlardan olan 3 uşaq həyatda qalmayıb. Üstəlik ana xəstəxanaya gətirilərkən bir sıra diaqnozlar da qoyulub.

Xəstəxanada ana ilə uşağın qan uyğunsuzluğunun olması da aşkarlanıb. Doğuş həyata keçirildikdən sonra anada qanaxma müşahidə edilib.Əməliyyat edilən ananın 3 dəfə ürəyi dayanıb.Yeni doğulan körpənin isə qanı yenilənib ,vəziyyəti stabil olaraq qalır.Ötən gün Sumqayıt şəhər 2 nömrəli Doğum Evində də ana ölümü qeydə alınıb. 29 yaşlı Gülsüm Əliyevanın doğuşdan sonra qəflətən vəziyyəti pisləşib və komaya düşüb. Görülən tədbirlərə baxmayaraq qadın dünyasını dəyişib.

Hadisədən sonra xəstəxananın ginekologiya şöbəsinin şüşələrini sındırılıb.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, hər iki faktı Prokurorluq orqanları və Doğuşa Yardım Komisiyyası araşdırır. Məsələyə araşdırmalar başa çatdıqdan sonra qiymət veriləcək.




Xəbər lenti