Xəzər Xəbər

Bakıda nömrəsiz avtobuslarla necə sərnişin daşınır? - VİDEO

Veb TV | 19:36 • 10 İyul 2017
Bakıda nömrəsiz avtobuslarla necə sərnişin daşınır? -

Son vaxtlar üzərində heç bir nömrə olmayan mikroavtobuslarla paytaxt daxilində sərnişindaşıma ilə məşğul olanların sayı artıb. Belə faktlar metronun həm "Koroğlu", həm də ''Əhmədli'' stansiyaları yaxınlığında daha çoxdur. Bu avtobusların sürücüləri sərnişinlərin istəyi ilə taksi kimi fəaliyyət göstərdiklərini deyirlər. Bəs görəsən yalnız sərnişinlərin razılığı ilə bu cür xidmət göstərmək olarmı?

Xezerxeber.az-ın məlumatına görə, üzərində heç bir marşrut nömrəsi olmasa da, sərnişindaşımada istifadə edilir.Aavtobus vasitəsi ilə hər gün metronun "Koroğlu" stansiyası yaxınlığından sərnişinlər daşınır.

Eyni mənzərəni metronun ''Əhmədli'' stansiyasının yaxınlığında da görmək olar.

"Əhmədli" metrostansiyasından "Xəzər Əhmədli" adlandırılan əraziyə sərnişin daşınır.

Avtobusların sürücüləri iddia edirlər ki, onlar "Xəzər Əhmədli" sakinlərinin razılığı ilə taksi kimi xidmət göstərirlər. Məhz buna görə də avtobusların üzərində marşrut nömrəsi yoxdur. Üstəlik, avtobuslar ayrı-ayrı şəxsilərə məxsusdur.

Sərnişilərin özləri də mikroavtobusların onların razılığı ilə xidmət göstərdiklərini təsdiqləyirlər.

Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sərnişin oturacaqlarının sayı maksimum 8 olan avtomobillər taksi xidməti göstərə bilər. Oturacaqların sayı bu rəqəmdən artıqdırsa, belə fəaliyyət qanunsuzdur. Elə bizim lentə aldığımız kadrlardakı avtobuslar da qanunsuz fəaliyyət növünə daxildir.

Agentlikdən bu faktın araşdırılacağı və müvafiq tədbirin görüləcəyi bildirildi. Agentlik, həmçinin sərnişinlərə tövsiyyə edir ki, təhlükəsizliklərini nəzərə alaraq bu cür xidmət göstərən avtobuslara minməsinlər.

Ekspertlər xoşagəlməz halların baş verməməsi üçün sürücüləri qaydalara əməl etməyə çağırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti