Xəzər Xəbər

Ramazan münasibətilə bayram namazı qılınıb - VİDEO

Veb TV | 19:41 • 26 İyun 2017
Ramazan münasibətilə bayram namazı qılınıb -

Bakıda səhər saatlarından Ramazan bayramı həyəcanı yaşanıb. Bayram namazını qılmaq üçün minlərlə insan məscidlərə axın edib.

Namazdan sonra qucaqlaşan insanlar bayramlaşıb bir-birilərini təbrik ediblər.

Xezerxeber.az məlumat verir ki, bayram namazına qatılan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə namazdan sonrakı müsahibəsində Azərbaycan xalqını təbrik edib və heç bir qüvvənin xalqın birliyini poza bilməyəcəyini vurğulayıb.

Allahşükür Paşazadə ölkədəki birlik-bərabərliyi pozmaq istəyənlərin heç vaxt arzularına çatmayacağını vurğulayıb.

Şeyxülislam, dövlətin din azadlığının qarantı olduğunu vurğulayıb və bütün dinlərə mənsub insanların bərabər hüquqlarının hər zaman təmin edildiyini diqqətə çatdırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti