Xəzər Xəbər

Mingəçevirdə evləri su basdı, heyvanlar tələf oldu VİDEO

Veb TV | 20:55 • 24 İyun 2017
Mingəçevirdə evləri su basdı, heyvanlar tələf oldu

Gecə yağan leysan yağış Mingəçevirə ziyan vurub. Leysan zamanı şəhərin Günəşli massivində yüzə yaxın fərdi evin həyətinə su dolub, xeyli sayda toyuq-cücə tələf olub.

Mingəçevirdə güclü küləklə müşayiət olunan leysan ağır fəsadlara səbəb olub.

Günəşli massivində fərdi evlərin həyətini su basıb, xeyli sayda toyuq cücə tələf olub.

Sakinlərin evi, həyəti su, lil və palçıqla dolub, küçələr keçilməz hala düşüb.

Yaşayış massivinin 13, 14 və 15-ci küçələrində selin fəsadlarının aradan qaldırılması üçün işlər görülüb. Əraziyə xeyli texniki qurğu cəlb olunub. Mütəxəssislər fəsadların ağır olmasını massivdən keçən Yevlax rayonunun Havarlı kəndini su ilə təmin edən kanalın çəkilişində yol verilən texniki nöqsanlarla əlaqələndiriblər. Kanalın müəyyən hissələri lazımi səviyyədə bərkidilməyib, bəzi boru xətlərinin ağzı açıq qalıb və tələb olunan hissədə şülüz qoyulmayıb.

Qubada isə Ağ çaya sel gəlib. Xaçmazın Sərkərli və Şıxhaput kəndinin ortasından kəçən ağ çay, ordakı su ötürücü körpünüdə su yuyub aparıb.

Qubanın Tülər kəndinə gedən və çayın üstündən keçən körpünü də sel yuyub dağıdıb.


Xəbər lenti