Xəzər Xəbər

Amerikanı heyrətə gətirən Azərbaycanlı sirk ustası “XəzərXəbər”-in qonağı oldu - VİDEO

Veb TV | 20:59 • 21 İyun 2017
Amerikanı heyrətə gətirən Azərbaycanlı sirk ustası

Dünya onu nərdivanda qeyri-adi və qeyri-adi olduğu qədər də təhlükəli hərəkətləri ilə tanıdı. O, heç nəyə söykənmədiyi nərdivana dırmanır və bu dırmanma hərəkətini o qədər sürətlə edir ki, sanki düz yolda gəzir. Məhz bu hərəkətləri onu dünyanın ulduzuna çevirməyə kifayət etdi. O, həm də "Ginnesin rekordlar kitabı"na düşməyi də bacardı. Bəli, o, azərbaycanlı Üzeyir Novruzovdur. Üzeyir bu gün "Xəzər Xəbər"in qonağı olub. Əməkdaşımız Ömər Xıdırov onunla söhbətləşib.

Amerikanı heyrətə gətirən Azərbaycanlı sirk ustası "XəzərXəbər”-in qonağı oldu.

Maraqlı və riskli hərəkətləri ilə bütün dünyanı mat qoyan bu şəxs gələcək planları haqqında danışdı. Söhbət 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə müxtəlif hərəkətlər göstərməklə Ginnesin Rekordlar Kitabına düşən azərbaycanlı ''Çarli Çaplin'' Üzeyir Novruzovdan gedir. "Americas Got Talent" şousunun finalçısı olan Üzeyir deyir ki, böyük səhnədə çıxış etmək 20 ilin sirk ustası kimi onun üçün heç də çətin olmayıb.

1999-cu ildə Amerikaya köçən Üzeyir sənətini burada da davam etdirib. O, müxətlif şoulara qatılaraq öz məharətini göstərib. Ancaq ona populyarlıq qazandıran isə 2015-ci ildə qatıldığı "Americas Got Talent" şousunda 6 metrlik nərdivanda göstərdiyi müxtəlif təhlükəli hərəkətlər olub.

Hazırda Amerikada Las Veqas ştatında yaşayan və bu ölkənin vətəndaşı olan həmyerlimizə maraq daha çoxdur. Ona müxtəlif şirkətlərdən təkliflər gəlir. Həmsöhbətim deyir ki, arzularından biri də Azərbaycanda vətənpərvərlik ruhunda çəkilən filmlərdə iştirak etməkdir. Bununla yanaşı, o, ölkədə öz məktəbini də açmaq arzusundadır.

Azərbaycanlı sirk ustası Üzeyir Novruzov "Formula 1"i izləməyə gələn tamaşaçılara nərdivanla möhtəşəm şou nümayiş etdirəcək.


Xəbər lenti