Xəzər Xəbər

Rusiya qırıcısı Amerika bombardmançısını belə ələ keçirdi VİDEO

Veb TV | 11:51 • 14 İyun 2017
Rusiya qırıcısı Amerika bombardmançısını belə ələ keçirdi

İnternetdə Rusiyanın Su-27 qırıcısı tərəfindən Baltik dənizi üzərində Amerika hərbi təyyarələri qrupunun ələ keçirilməsinin görüntüləri çıxıb.

Videoçarx "Combat Aircraft” Yutub kanalında dərc edilib.

Məlumata görə, Amerika hərbi təyyarələri qrupunda B-1B Lancer və B-52 bombardmançıları, həmçinin KS-135 yanacaq dolduran təyyarə var idi. Kadrlar bombardmançılardan birinin kabinəsindən çəkilib. Videodan görünür ki, Su-27 Amerika təyyarəsinin yaxın məsafəsindən uçaraq daha sonra manevr edir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyunun 6-da Rusiya qırıcısının Baltik dənizi üzərində Rusiya sərhədi boyu uçmuş Amerikanın B-52 bombardmançısını ələ keçirdiyini və müşayiət etdiyini açıqlayıb./publika.az

Xəbər lenti