Xəzər Xəbər

Qədim kənddə qeyri-adi qəbir: ƏR VƏ ARVAD EYNİ QƏBİRDƏ BASDIRILDI - VİDEO

Veb TV | 20:58 • 8 İyun 2017
Qədim kənddə qeyri-adi qəbir:

Bir qəbirdə neçə nəfər basdırılar? "bu sual hardan çıxdı? Əlbəttə ki bir nəfər" cavabını verməyə tələsməyin. Çünki indi sizə təqdim edəcəyimiz xəbərdə bir qəbirdə iki nəfərin basdırılmasından bəhs olunur. Əməkdaşımız Emin Kərimli bu qeyri-adi qəbri Şabran rayonunun ucqar kəndlərindən birində lentə alıb. Qəbrin özünə məxsusluğu bununla da bitmir.

Qədim kənddə qeyri-adi qəbir. Uzunluğu 3 metrə yaxın olan qəbirdə 2 nəfər ər və arvad bir yerdə basdırılıb. Bura Şabran rayonunun ucqar kəndi olan Zöhrabkənd kəndidir.

Qəbrin qeyri-adiliyi yalnız orda basdırılan şəxsin 150 il yaşaması deyil. Bu qəbirdə Mirsadıq Ağamirov həyat yoldaşı Seyid Zəhra Mirbədəl qızı ilə birlikdə basdırılıb. Bu səbəbdən də başdaşının üzərinə iki nəfərin adı yazılıb.

Kənd sakinləri deyirlər ki, əvvəlcə Seyid Zəhra dünyasını dəyişib və öləndə onun yaşı 100-dən artıq olub. Sonradan Mirsadiq Ağamirov onu da arvadının yanında basdırılmasını vəsiyyət edib.

Kənd ağsaqqalları ilə söhbətdən bəlli olur ki, məzarda uyuyan Mirsadıq Ağamirov dövrünün sayılıb-seçilən adamlarından olub.

Bəs bir qəbirdə iki nəfərin basdırılmasına İslam dini icazə verirmi? İlahiyyatçı Ağa Hacıbəyli "XəzərXəbər” ə açıqlamasında bildirib ki, zərurət olarsa, bu hala yol vermək mümkündür. Basdırılma və kəfənləmə ilə bağlı dini qaydalara riayət edilərsə, 2 nəfəri bir qəbrə basdırmaq olar.


Xəbər lenti