Xəzər Xəbər

Ağsuda narkotik plantasiyası aşkarlandı VİDEO

Veb TV | 20:39 • 8 İyun 2017
Ağsuda narkotik plantasiyası aşkarlandı

Ağdaş rayonunda qanunsuz narkotik bitkilər yetişdirən və evində silah-sursat saxlayan şəxs saxlanılıb.

XəzərXəbər-in məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Pirəzə kənd sakini, 25 yaşlı Quliyev Xəyal Qürbət oğlunun həyətindən xüsusi üsulla yetişdirilmiş narkotik bitkilər tapılıb. Polis əməkdaşları narkotik plantasiyasına baxış keçirərkən oradan ümumi çəkisi 996 kiloqram, hündürlüyü 4 metr olan 512 ədəd çətənə bitkisi aşkar edib.

Əməliyyat zamanı Xəyal Quliyevin evinə baxış keçirilərkən oradan qanunsuz saxlanılan ov tüfəngi və "Winçester” markalı tüfəng, patronlar eləcə də avtomat güllələri, beşbarmaq və qurudulmuş marixuana aşkar edilərək götürülüb. Xəyal Quliyev tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.


Xəbər lenti